Tullantı sularını təmizləmə sistemi, məişət istifadəsindən qaynaqlanan tullantı sularının alıcı mühitə verilmədən əvvəl tərkibindəki çirklənmələrin aradan qaldırılması üçün aparılan fiziki və bioloji proseslərdir. Bu proseslər nəticəsində çirkab sular alıcı mühitə boşaldılacaq səviyyəyə gətirilir.
TULLANTI SULARINI TƏMİZLƏMƏ SİSTEMİ dizayn meyarları
Tullantı sular təmizləmə qurğularının dizaynında lazımlı bəzi parametrlər; tullantı suyun axın nisbəti və ya əhali, axıdılma (boşaldılma) standartları.
TULLANTI SULARINI TƏMİZLƏMƏ QURĞULARININ TƏSNİFİ
Məişət (ev) tipli tullantı suları təmizləmə sistemləri
Səneye tipli tullantı suları təmizləmə qurğuları
Məişətdə istifadədən qaynaqlanan tullantı suları üçün: kiçik həcmli məişət çirkab suları (N <1000 nəfər) paket şəkildə, yüksək həcmli məişət çirkab suları (N> 1000 nəfər) dəmir-beton tipində hazırlana bilir.
Ümumiyyətlə, sənaye tipli təmizləmə sistemlər də dizayn prinsiplərinə əsasən dəmir-beton tipi, paket tipi və PE tanklar istifadə edilməklə emal edilə bilər.
Ev (məişət) tipli tullantı sularını təmizləmə sistemləri
Ev və iş yerlərində, mətbəx, tualet (WC), duş, vanna otağı və s istifadə sahələrindən qaynaqlanan tullantı (çirkab) sularıdır. Kanalizasiya şəbəkəsi olmayan bölgələrdə məişət çirkab suların alıcı mühitə boşaldılmadan əvvəl təmizlənməsi lazımdır.
Məişət tullantı suları bioloji olaraq təmizlənir. Tullantı suyun tərkibindəki çirklənmə mənbəyi olan üzvi maddələr, təmizləyici qurğuda istehsal olunan mikroorqanizmlər tərəfindən istehlak olunaraq sudan ayırd edilir. Qida maddələri və oksigen mikroorqanizmlərin yaşaması üçün tələb olunan əsas elementlərdir.
Bakteriyalar qida maddəsi olaraq çirkab suyun tərkibindəki üzvi maddələrdən istifadə edir. Lazımlı oksigen isə çirkab suyun içinə blower ( üfürücü) vasitəsilə verilir.
Şirkətimiz, otellərdən qəsəbələrə və şəhərlərə hər həcmdə olan sahələrdən qaynaqlanan məişət tullantı sularının təmizlənməsində konsultasiyadan açar təhvil qurğularının qurulmasına qədər hər sahədə xidmət göstərir.