Haqqımızda

Haqqımızda

“Aqua Academy” şirkəti uzun zamandır ki, ölkəmizdə su arıtma sistemləri, suyun təmizlənməsi, kanalizasiya axıntılarının təmizlənməsi, suyun yenidən öz kimyəvi tərkibinə qaytarılması və yenidən təssərüfat sahələrinə yararlı hala gətirilməsi işini icra edir. Şirkətimiz fəaliyyətinə başladığı dövrdən bu yana onlarla şirkətlə əməkdaşlıq etmişdir.

AQUA ACADEMY MMC Türkiyənin Ceyka və Filtran şirkətlərinin iştirakı və təsisçiliyi ilə 2019 tarixində yaradılmışdır. Məqsəd Türkiyədə su və tullantı suların təmizlənməsi sahəsindəki təcrübələrin transfer edilmişdir. AQUA ACADEMY şirkəti Azərbaycanda və yaxın ölkələrdə su və tullantı su sistemlərinin emalatında, layihələndirilməsində, satışında və satışdan sonrakı texniki dəstəyi həyata keçirir.

Şirkətimiz xaricdə yaranan innovativ məhsulların, avadanlıq və yüksək texnologiyaları Azərbaycanda praktiki olaraq reallaşdırma imkanına malikdir. Bu hədəfi müvəffəqiyyətlə yerinə yetirən şirkətimiz xarici partnyorlarımızın nou-hau və strateji avadanlıq dəstəyi ilə bir çox su təmizləyici sistemlərin istehsalını reallaşdırır.

Təsisçi direktor İlham Əliyev

18422894_217064695463511_2503751020865457245_o

 

Mən Əliyev İlham 2003-cü ildə “ Slavyanka “ N1 suyunun istehsalı, satışının təşkili, təşkilati strukturun yararadılması və idarə edilməsində bir ortaq olaraq iştirak etmişəm. Su və digər içki məhsullarının keyfiyyətli olması mənbədəki suyun keyfiyyəti və filtrasiya qurğuları və onların düzgün seçimi, qurulması, istismarı və servisindən bir başa asılıdır.
Mən “ Slavyanka N1 “ suyunun istehsalı və satışını həyata keçirərkən qarşılaşdığım ən böyük çatışmazlıqlardan biri Azərbaycanda peşəkar şəkildə filtrasiya sistemləri layihələndirən, quran və ən əsası hər hansı texnoloji problem yarandığı zaman, problem çözən professional şirkətin olmaması idi. Yaranmış hər bir problemin aradan qaldırılması üçün şirkətə xaricdən mütəxəssislərin dəvət olunması zərurəti yaranır, bu da öz növbəsində zaman itkisi və maddi yük yaranmasına səbəb olurdu.
2019-cu ilin may ayında Türkiyədə filtrasiya sistemləri sahəsində 30 illik təcrübəsi olan, “ Ceyka ” Şirkəti ilə ortaq Azərbaycan Respublikasında “ Aqua Academy ” şirkətini yaratdıq. Ceyka şirkəti Türkiyədənin qabaqcıl universitetlərin çevrə mühəndisliyi bölümləri əməkdaşlıq edən, istər sənaye istər sə kiçik tipli qurğuların realizasiya olunmasında köklü təcrübəyə malikdir.

Müştərilər bizim haqqımızda

250.000'dən çox insan bizi seçir

Təmiz su Sağlam gələcək naminə

Müştərilərimiz

Müştərilər bizim haqqımızda